CLC məhkəmə iştirakının tələb olunduğu bütün prosessual mərhələlərdə yerli məhkəmələrdə iştirak edir.

Biz mümkün olan hədlərdə biznesin məhkəmələrə müraciət etmədən, borclarının vaxtında və sadə qaydada alınmasını təmin edirik. Biz müştəriləri mübahisələrdə təmsil edir, konfliktlərin qarşısını alır, həll yolları təklif edir, həmçinin zərurət yaranarsa məhkəmələrdə təmsil edirik.

Biz nə təklif edirik

-  iddiaçının iddia tələbinin  və cavabdehin etiraz və mülahizələrinin hazırlanması kimi prosessual sənədləşmələrin hazırlanması;

- birinci və ikinci instansiya məhkəmələrində məhkəmə baxışlarında iştirak;

- iddianın müdafiəsi və məhkəmədən öncə şifahi arqumentlər;

- xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası;

- yerli məhkəmə qərarlarının icrası.

 

Arbitrajla bağlı olaraq təklif edirik:

- arbitraj prosesinin başlanması;

- arbitr namizədlərinə və arbitraja dair maddələr barədə məsləhətlər verilməsi;

- baxışlarda nümayəndəlik;

- yekun təqdimat;

- arbitraj qərarının aydınlaşdırılması barədə təkliflər;

- arbitaj qərarının icrası