Vəkil xidmətləri və Məhkəmə mübahisələri
burada vekil xidmetleri göstərən Caspian Legal Center təsvir olunub

Mübahisələrin məhkəmə qaydasında həlli, beynəlxalq arbitrajda təmsilçilik, borcların effektiv qaydada qaytarılması təqdim etdiyimiz vəkil xidmətləri və hüquqşünas xidmətlərimizə daxildir.

CLC, müştərilərini məhkəmələrdə nümayəndəlik, arbitraj və məhkəməyəqədər mübahisələrin həlli qaydasında bütün prosessual mərhələlərdə dövlət orqanları, onların biznes partnyorları, məhkəmələr qarşısında təmsil edir.  Yerli borc yığımı agenti kimi fəaliyyət göstərən CLC-nin təcrübəli hüquqşünasları (vəkilləri) yerli iş mühiti haqqında daha geniş məlumata sahibdirlər və müştərilərin debitor borclarının vaxtında ödənilməsi və vaxtı keçmiş borcların geri qaytarılması üçün zəruri olan ən yaxşı yanaşmanı təmin edirlər.
 

Azərbaycan məhkəmə və hüquq sistemi

Azərbaycanın məhkəmə sisteminə bir neçə ixtisaslaşmış məhkəmə olan üç pilləli məhkəmə sistemi daxildir. Birinci instansiya məhkəməsi qismində rayon şəhər məhkəmələrində mülki və cinayət işlərinə  - vəkil xidmətləri təklif edən bir şirkət kimi hər cür ağırlıqda işlərə baxılır. Hazırda Azərbaycanda 86 məhkəmə (şəhər-rayon məhkəməsi) fəaliyyət göstərir.

Apelyasiya məhkəmələri birinci instansiya məhkələlərinin qarərlarından verilmiş şikayətlər üzrə işlərə baxılır. Azərbaycanda ərazi rayonlaşdırma yurisdiksiyası olan 5 apellyasiya məhkəməsi fəaliyyət göstərir.

Ali Məhkəmə kassasiya instansiya məhkəməsidir, apellyasiya məhkəmələrinin qərarlarından verilmiş kassasiya şikayətlərinə baxır. Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya hüquqlarının pozulmasına dair işlərə baxır, habelə qanunları şərh edir.

Avropa Şurasının üzvü olaraq, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı mübahisələr olduğu təqdirdə, Ali Məhkəmənin qərarından 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilə bilər.

Bunlara əlavə olaraq, Azərbaycanda inzibati məhkəmələr və yeni yaradılan kommersiya məhkəmələri fəaliyyət göstərir. İnzibati məhkəmələr dövlət orqanları ilə bağlı inzibati mübahilələrlə əlaqəli işlərə baxır. Kommersiya məhkəmələri kommersiya və vergi ilə bağlı mübahisələrə baxmaq səlahiyyətləri vardır.

Nəhayət, hərbi məhkəmə sistemi Azərbaycanda ümumi məhkəmə sistemi daxilində ayrı bir yarım-sistem kimi fəaliyyət göstərir.
 

Bizim peşəkar hüquqşünaslarımız aşağıdakı vəkil xidmətlərini göstərir:

Hüquqşünas və vəkil komandamız müştəri maraqları baxımından işin həlli istiqamətində geniş təcrübəyə malikdir. Bu səbəbdən, ən yaxşı vəkil xidmətləri bizim üçün müştəri marağını anlayan və onun mövqeyindən məsələyə qiymət verən yanaşmadır. 

- Müştərinin yerli və xarici biznes tərəfdaşları ilə olan mübahisələrində təmsil edilməsi;

- Ödənilməmiş borclarla bağlı danışıqların, yazışmaların həyata keçirilməsi;

- Ödənilməmiş borcların ödənməsi planının hazırlanması;

- hər bir hal üzrə borcun alınması üçün uğura əsaslanan yanaşma;

- iddiaçının iddia tələbinin  və cavabdehin etiraz və mülahizələrinin hazırlanması kimi prosessual sənədləşmələrin hazırlanması;

- bütün instansiya məhkəmələrində məhkəmə baxışlarında iştirak;

-  iddianın müdafiəsi və məhkəmədən öncə şifahi arqumentlər;

- xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası;

- Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin hazırlanması və pozulmuş hüquqların qorunması ilə bağlı hüquqi məsləhətlər;

- yerli məhkəmə qərarlarının icrası zamanı hüquqi dəstək.
 

Arbitraj və Mediasiya xidmətlərimizə daxildir:

- mübahisələrin mediasiya qaydasında həll edilməsi;

- arbitraj prosesinin başlanması;

- yerli və beynəlxalq arbitraj proseslərində və məhkəmələrində təmsilçilik və hüquqların qorunması;

- arbitr namizədlərinə və arbitraja dair maddələr barədə məsləhətlər verilməsi;

- baxışlarda nümayəndəlik;

- yekun təqdimat;

- arbitraj qərarının aydınlaşdırılması barədə təkliflər;

- arbitraj qərarının icrası;

- mübahisələrin həlli ilə bağlı müqavilə və anlaşmaların tərtib edilməsi, icrası zamanı hüquqi dəstək.

Ən çox tələb olunan xidmətlərdən biri olaraq, aşağıda xarici məhkəmə qərarlarının tanınması və icrası, eləcə də Azərbaycan borcların alınması ilə bağlı daha ətraflı məlumatları təqdim edirik.
 

Xarici məhkəmə qərarlarının Azərbaycanda tanınması və icrası

Hal hazırda Azərbaycanda xarici məhkəmə qərarlarının tanınması və icrasını əhatə edən qarşılıqlı hüquqi yardım məsələlərinə dair qüvvədə olan 20-yə yaxın dövlətlə müqavilə mövcuddur. Bu ölkələrin (Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, BƏƏ, Çin, Hindistan, İran, Litva, Mərakeş, Ukrayna və s.) məhkəmələri tərəfindən qəbul edilmiş qərarların Azərbaycanda tanınması və onların icrası nisbətən sürətli və asandır. Digər ölkələrə gəldikdə, praktikada qarşılıqlı tanınma prinsipi, yəni qarşı tərəf məhkəmələri Azərbaycan məhkəmələrinin qərarlarını tanıdıqları və icra etdikləri və mərkəzi dövlət səviyyəsində bir zəmanət olduğu halda, Azərbaycan Ədliyyə Nazirliyi işi məhkəməyə təqdim edir və Ali Məhkəmənin son qərarı əsasında tanınma həyata keçirilir. Bütün digər hallarda işlərə ayrı-ayrı əsaslarla baxılır və tanınma şanslarını müəyyən etmək üçün  əvvəl təhlil edilməsi zəruri olur.

Beynəlxalq Arbitraj Qərarlarının tanınması və icrası üzrə Nyu-York Konvensiyasının üzvü kimi Azərbaycan məhkəmələri xarici arbitraj qərarlarını, Azərbaycan qanunvericiliyi ilə uyğun olduğu hallarda tanıyır və icraya yönəldir.
 

Azərbaycanda borcların alınması

Biznesə yönəlik olan xidmətlərdən biri də borcların alınmasıdır. Xarici hüquqi şəxslərə göstərilən borcların alınması xidmətləri əsasən, Azərbaycan şirkətlərindən müxtəlif müqavilələr üzrə ödənişlər gözləyən, verilmiş borclar, françayzinq razılaşmaları, idxal şərtlərinin pozulması, xidmətlərin göstərilməsindən yaranan borclar, əmtəə nişanlarının istifadəsindən irəli gələn və digər müqavilə üzrə öhdəliklərdən formalaşmış borcların alınması kimi halları ehtiva edir.

Biz hər bir borc məsələsinə çoxillik təcrübəmizə əsaslanaraq yeni və müqayisə olunmayan hal kimi yanaşırıq. Bu cür mübahisələrin həllində və borcların məhkəmədən kənar (məhkəmədən əvvəlki mərhələdə) toplanmasında, əsasən cərimələrin və əlavə zərərlərin ödənilməsi müqabilində bir neçə hissə ilə ödəmə öhdəliklərinin yenidən formalaşdırılmasında bir sıra müvəffəqiyyətli təcrübələrimiz olmuşdur.  

Komandamız xüsusi ilə ödəmə planının şərtləri ilə razılaşdırılmış qaydada işin məhkəməyə getmədən kreditorların öz borcunu tam və sadə şəkildə yığmasını təmin edir. Bu baxımdan, CLC komandası məhkəmələrdə mübahisələrin tənzimlənməsinin xərclərinin, prosedurlarının və nəticələrinin hesablanması və izah edilməsi və tərəfləri məhkəmədən əvvəl mübahisələrin həll edilməsinə inandırmaq təcrübəsindən uğurla  istifadə edir. Sadə dildə desək, CLC müştərilərini təmsil edir, müəssisələr arasındakı sonrakı mübahisələrin baş verməsinin qarşısını alır və həlli yolllarını təklif edir.

Reallıq onu göstərir ki, bu cür hallarda kiminlə əlaqəyə keçildiyinin, həmçinin ödənişin tələb edilməsi qaydası çox əhəmiyyətlidir. Çünki ilkin razılıqdan sonra, növbəti mərhələlər mübahisələrin həlli ilə bağlı sırf analitik və kommersiya danışıqlarından ibarət olur. Bu məsələlərdə vacib tənzimləmələrdən biri də, borcun ödənilməməsi halında müflisləşmə (iflas) üçün tədbirlərin görülməsi və dəymiş ziyana görə kompensasiya tələb edilməsidir.