Əmək və işəgötürmə hüququ

Azərbaycanın əmək qanunvericiliyinin işçilərin hüquqlarını daha çox müdafiə etməsi  əmək müqavilələrinə və tərəflərin razılaşmalarına xüsusi diqqət yetirilməsini zəruri edir. Xüsusilə bəzi hallarda, əmək və mülki hüququn sərhədləri o qədər qarışıq olur ki, həll yolları tapmaq üçün peşəkar yanaşmaya ehtiyac duyulur.

Biz nə təklif edirik

CLC-nin hüquq komandasıəmək və işəgötürmə sahəsində müştəriləri müvafiq preventiv və məsləhət xarakterli xidmətlərlə təmin edir. Bizim fəaliyyət göstərdiyimiz sahələr sırasında aşağıdakılar vardır:

  • əmək müqavilələrinin, kollektiv sazişlər, daxili siyasətlər (Etik Qaydalar və s.)  kimi hüquqi sənədlərin hazırlanması və təhlili
  • HR idarəetməsi məsləhətləri
  • əcnəbilərin işəgötürülməsi və əcnəbilərin işəgötürmə müqavilələri üzrə məsləhətləşmələr
  • tərəflərin əmək mübahisələri zamanı təmsil edilməsi
  • hüquqi prosedurlar zamanı müdafiənin təşkili və bütün məhkəmələrdə işlərin izlənilməsi
  • mümkün olan ən sərfəli vasitələrlə işçilərin işə götürülməsi üçün rahat həllər
  • işəgötürmənin nəticəsi olaraq qanunvericilik tələblərinə əməl edilməsi
  • ödəniş cədvəli sisteminin yaradılması
  • HR siyasətinin və prosedurlarının hazırlanması
  • işçilərin attestasiyası, işçilərin işdən azad edilməsi
  • digər işəgötürmə ilə əlaqədar məsələlərdə məsləhətləşmələr