Əmək və Məşğulluq hüququ
Labor and Employment Law

Əmək hüququ məsləhətləri, əmək müqavilələrinin bağlanılması, insan resursları üzrə sənədləşmə və daxili qaydaların tərtibi, işdən çıxarma və mübahisələrin həlli.

Azərbaycanın əmək qanunvericiliyinin işçilərin hüquqlarını daha çox müdafiə etməsi  əmək müqavilələrinə və tərəflərin razılaşmalarına xüsusi diqqət yetirilməsini zəruri edir. Xüsusilə bəzi hallarda, əmək və mülki hüququn sərhədləri o qədər qarışıq olur ki, həll yolları tapmaq üçün peşəkar yanaşmaya ehtiyac duyulur. Xüsusi ilə, bəzi hallarda əmək və mülki hüququn sərhədləri o dərəcədə dəqiq bilinmir ki, işçi və/ və ya işəgötürənin tələblərini nəzərə alaraq, daha peşəkar yanaşmaya ehtiyac duyulur.

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi və Əmək Məcəlləsi

Azərbaycanda əmək və məşğulluq qanunları işəgötürənlər üçün tələb kimi minimum standartları müəyyən edir, iş rejimi və şərtlərini ciddi şəkildə tənzimləyir. İşəgötürən və işçi əmək müqaviləsi ilə işçi üçün daha əlverişli şərtlər barədə razılığa gələ bilər; lakin bu Məcəllə ilə müəyyən edilmiş minimal  standartların məhdudlaşdırılması ilə bağlı hər hansı bir razılaşma qüvvəsi yoxdur.

İşçinin İş rejimi, illik məzuniyyət, minimum əmək haqqı, maksimum iş saatı, əmək müqaviləsinin xitamı şərtləri və kompensasiya (müavinətlər) Azərbaycanın Əmək Məcəlləsi ilə tənzimlənən müxtəlif məsələlərdəndir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Konstitusiyasına əsasən, gündəlik normal iş saatı səkkiz saatdan çox ola bilməz. Standart iş həftəsi 5 iş günündən ibarətdir. Sənaye sahəsinin, xidmət sahəsinin və iş şərtlərinin xüsusiyyətlərindən asılı olaraq, işəgötürən həftəlik iş saatları limitində bir iş günü istirahət günü  olmaqla, altıgünlük iş həftəsi müəyyən edə bilər.

Minimum illik məzuniyyət ümumi olaraq 21 gündür.  Mütəxəssis vəzifələri üçün isə Əmək Məcəlləsində illik məzuniyyət 30 gün müəyyən edilməklə bərabər, işçinin təcrübəsinin nəzərə alınaraq, əlavə məzuniyyət hüququ du nəzərdə tutulur. 

İşəgötürən işçilər üçün təhlükəsiz iş şəraiti yaratmalı və iş yerlərində məcburi sığorta təmin etməlidir.

Əmək Məcəlləsi işçinin və işəgötürən tərəfindən müqaviləni ləğv etmək üçün əsasları ciddi şəkildə tənzimləyir. Odur ki, hər hansı bir iddia və ya zərərin qarşısını almaq üçün bütün xitam prosedurlarına və tələblərinə əməl edilməlidir.

Məşğulluq və əmək hüququ üzrə məsləhətlər:

CLC-nin hüquq komandası əmək və məşğulluq sahəsində müştəriləri müvafiq preventiv və məsləhət xarakterli xidmətlərlə təmin edir. Bizim fəaliyyət göstərdiyimiz sahələr sırasında aşağıdakılar daxildir:

- əmək müqavilələrinin, kollektiv sazişlər, daxili siyasətlər (Etik Qaydalar və s.)  kimi hüquqi sənədlərin hazırlanması və təhlili;

- İşə cəlb edilməməsi və rəqabət aparmama haqqında işçilərlər müqavilələr;

- Məxfi məlumatları yaymama barədə müqavilələr;

- HR idarəetməsi məsləhətləri;

- Əmək haqqı hesablamaları və kadrların cəlb edilməsi üzrə xidmətlər;

- əcnəbilərin işəgötürülməsi və əcnəbilərin işəgötürmə müqavilələri üzrə məsləhətləşmələr;

- tərəflərin əmək mübahisələri zamanı təmsil edilməsi;

- insan resursları sahəsində xidmətlər;

- hüquqi prosedurlar zamanı müdafiənin təşkili və bütün məhkəmələrdə işlərin izlənilməsi;

- mümkün olan ən sərfəli vasitələrlə işçilərin işə götürülməsi üçün rahat həllər;

- işəgötürmənin nəticəsi olaraq qanunvericilik tələblərinə əməl edilməsi;

- ödəniş cədvəli sisteminin yaradılması;

- HR siyasətinin və prosedurlarının hazırlanması;

- işçilərin attestasiyası, işçilərin işdən azad edilməsi (əmək müqaviləsinə xitam verilməsi);

- digər əmək və məşğullu ilə əlaqədar məsələlərdə məsləhətləşmələr.

Bundan əlavə, biz iş axtaranlar və işəgötürənlər üçün iş (əmək) icazəsi almaq üçün və ya iş icazəsindən azad olunmaq üçün məsləhət, habelə iş icazəsi ilə və ya iş icazəsindən azad olunma əsasında rezidentliyə müraciət üçün hüquqi dəstək veririk.