Ailə Hüququ
Ailə hüququ | Nikah müqaviləsi və boşanma

Ailə-nikah məsələləri üzrə hüquqşünaslarımız nikah müqaviləsi, ailədaxili mübahisələr, aliment, boşanma, əmlak bölgüsü və digər əlaqədar mövzularda ixtisaslaşıblar.

Bizim komandamız həm əcnəbiləri, həm də yerli vətəndaşları ailə münasibətlərinin hüquqi və maliyyə aspektləri baxımından təmsil edir və məsləhətlər verirlər. Biz müştərilərimiz nikah və vərəsəliyə dair hüquqlarının Azərbaycan qanunvericiliyinə uyğun olaraq orunması üçün təminat veririk.

Ailə münasibətlərinə dair qanunvericilik və tənzimləmə

Azərbaycan ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr əsasən Ailə Məcəlləsində məcəllələşdirilmiş və qeyd olunmuşdur. Nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər qanunvericiliklə tənzimlənmişdir. Bir sıra hallarda əcnəbilər hüquq və vəzifələri, nikah dövründə əldə edilmiş əmlaka tətbiq olunan birgə əmlak statusunu bilmədən Azərbaycan Respublikasında və ya Azərbaycan vətəndaşları ilə nikaha daxil olurlar. Bu səbəbdən nikaha daxil olmamışdan, eləcə də boşanmaya və ya uşağın kimin himayəsində qalması ilə bağlı mübahisələrə səbəb olacaq ailədaxili anlaşılmazlıqların başlamasından əvvəl düzgün hüquqi məsləhətin əldə edilməsi məqsədəmüvafiqdir.

Bizim Azərbaycan ailə hüququ üzrə etibarlı hüquqşünaslarımız aşağıdakı xidmətləri göstərirlər:

 - Nikah müqaviləsi müqaviləsi və əlaqəli məsləhətlər;

- Azərbaycan vətəndaşlarının tərəf olduğu beynəlxalq nikah və boşanma;

- Ailədaxili münaqişələr zamanı uşaq hüquqları;

- Boşanma zamanı əmlakın idarə edilməsi və bölgüsü;

- Nikahın pozulması zamanı valideynlik hüquqları;

- Boşanma və maliyyə razılaşmaları;

- Övladın himayəçiliyi və himayəyə verilmə məsələləri;

- ailə hüququna dair işlər barədə xarici məhkəmə qərarlarının tanınması və icrası;

- vərəsəliyə dair məsləhətlər və sənədləşmə;

- ailə hüququna dair digər xidmətlər.

Azərbaycanda nikaha daxil olmaq üçün mərhələlər və məsləhətlər:

1. Nikaha daxil olmazdan öncə tərəf əmin olmalıdır ki, qarşı tərəfin qüvvədə olan nikahı mövcud deyildir. Bu tələb sadəcə Azərbaycanda deyil, dünyanın istənilən yerində qeydə alınmış nikahı əhatə edir;

2. Nikaha daxil olmazdan öncə tərəflərin siyahısı müəyyən edilmiş xəstəliklərin daşıyıcısı olmaması barədə qan analizinin verilməsi;

3. Nikah müqaviləsinin/Əmlakın müqavilə rejiminə dair müqavilənin razılaşdırılması. Bu müqavilədə, tərəflərin nikaha daxil olanadək olan əmlakı, nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi (qanuna əsasən bu bölgü 50%/50% nisbətindədir), ər və arvadın hüquq və vəzifələri, nikaha qədər və nikahdan sonra olan öhdəliklər, borclar, uşaqlara münasibətdə hüquq və vəzifələr və digər əhəmiyyətli müddəalar əksini tapmalıdır;

4. Nikahin qeydiyyatı və nikah müqaviləsinin bağlanması;

Boşanma ilə bağlı mərhələlər və məsləhətlər

Nikahın pozulmasına yönəlmiş danışıqlara başlanılmasından, eləcə də boşanma fikrinə düşməmişdən qabaq ailə hüququ sahəsində ixtisaslaşmış hüquqşünasdan məsləhətlər alınması tövsiyə olunur. Boşanmaq fikrində olan nikahın pozulmasından qabaq bir sıra halların təmin edildiyinə əmin olmalıdır. Boşanma ilə bağlı ümumi mərhələlər və məsləhətlər aşağıdakı kimidir:

1. Ailə hüququ sahəsində müvafiq təcrübəsi olan hüquqşünasın tapılması və beynəlxalq nikah müqaviləsi və nikahın pozulması üzrə iş təcrübəsinin yoxlanılması;

2. Hər hansı həssas informasiyanın ötürülməsindən qabaq öz hüquqşünası ilə əld edilmiş məlumatları yaymam barədə müqavilə bağlama;

3. Nikaha, uşaqlara, maliyyə və nikah dövründə əldə edilmiş əmlaka dair bütün məlumatların və sənədlərin təqdim edilməsi;

4. Nikah dövründə əldə edilmiş, lakin üçüncü şəxslərin adına qeydiyyata alınmış əmlakla (misal üçün ər və ya arvadın valideynlərinin) bağlı fərdi strategiya seçilməsi;

5. Məhkəmə mübahisələrindən yayınmaq üçün, maliyyə / əmlak razılaşmasının müddəalarının tərtib edilməsi;

6. Alimentin məbləği hesablanmalı və aliment verən müəyyən edilməlidir;

7. Uşağa himayəçilik və tərbiyə məsələləri razılaşdırılmalıdır: Nəzərə alınmalıdır ki, Azərbaycan təcrübəsində ana (arvad) 10 yaşınadək olan uşağın, əgər uşağn maraqlarına da uyğundursa, onun yanında qalmasında üstünlüyə malikdir;

8. Mübahisənin məhkəməyədək həllinin mümkün olmadığı təqdirdə, nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılması;

Hər hansı əlavə suallar və məsləhətlər üçün bu keçiddən bizimlə əlaqə saxlayın.