Azərbaycanda son illərdə hüquqi şəxslərin yaradılması sahəsində qanunvericilikdə inkişaf sahibkarlıq mühitini biznesə başlamaq üçün cəlbedici etmişdir. Halbuki biznesin yaradılması və həyata keçirilməsində peşakar məsləhətləşmələr olmadan təsadüfi qərarların verilməsi gələcəkdə potensial problemlərin baş verməsinə səbəb ola bilər. Bu səbəbdən, başlanğıc üçün daha əlverişli təşkilati-hüquqi formanın və sonda əmlakın idarə edilməsinin daha yaxşı formasının seçilməsi ən ümdə məsələlərdən olmuşdur ki, bu da xərclərin azaldılmasının mümkün ən yaxşı hüquqi yolunun seçilməsini tələb edir.

Biz təsis sənədlərinin, şirkətin stukturunun, daxili korporativ siyasətlərin/qaydaların yerində olmasını, qanunvericiliyin tələblərinə cavab verməsini və biznes sahibinin və biznesin maraqlarına uyğun olmasını təmin edirik.

Biz nə təklif edirik:

CLC şirkətin təsis sənədləşmələrinin, standart müqavilə şərtlərinin, uyğunluq siyəsətinin hazırlanmasında peşəkar dəstək daxil olmaqla, müxtəlif ölçülü şirkətlərin yaradılmasından ləğv olunmasını qədər bütün xidmətləri, o cümlədən Azərbaycanda nümayəndəlik və filialların yaradılmasını üzrə məsləhətlər verir və zəruri xidmətləri təmin edir.

Bizim korporativ hüquq üzrə xidmətlərimizə daxildir:

- hüquqi şəxslərin yaradılması

- şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması

- nümayəndəlik və filialların yaradılması

- etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və inkişafı

- icraçılar və direktorlar üçün əmək müqavilələrinin tərtibi

- hüquqi ekspertiza (due diligence)

- hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr, ayrılma və ayrılma şəklində yenidən təşkili

- şirkətlərdə ləğvetmə, müflisləşmə proseslərinin təhlili və bu sahədə məsləhətlər  

- iflas hallarına və ləğvetmə proseslərinə uyğun hüquqi xidmətlər

- müflisləşmə zamanı əmlakın idarə edilməsi

- paylar üzrə əməliyyatlar və investisiya razılaşmaları

- müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma

- likvidasiya və ləğvetmə