Tikinti hüququ
Tikinti hüququ | İcazələrin alınması və tenderlər

Tikinti sahəsində xidmətlərimizə iriməbləğli müqavilələrin, o cümlədən FIDIC müqavilələrinin tərtibi, tikinti icazələrinin alınması və tikinti hüquq məsləhətləri daxildir.

Tikinti hüququnun təbiətindən irəli gəldiyi kimi, Azərbaycan qanunvericiliyi də bu sahədə  olan problemlərə asan həllər təmin etmir. Tikinti üzrə qaydalar, Müqavilə, əmək, zərərvurma və digər hüquq sahələrinin qarışığı olmaqla, tikinti və layihələndirmədən irəli gələn işlərin keyfiyyətlə həll edilməsi  peşəkar yanaşma və təcrübə tələb edir. Qeyd etməkdə fayda vardır ki, tikinti və layihələndirmə üzrə işlər hüquq fəaliyyətinin ən çox inzibati işlərlə əlaqəli olan sahəsidir.

Azərbaycan Tikinti Hüququ və Qaydaları

Bütün işlərin mücərrədliyinə baxmayaraq, tikinti və layihələndirmə bizim komandamızın ixtisaslaşmasının dar sahəsidir. Tikinti və layihələndirmə işlərinin hər bir detalının müxtəlif layihələrdə iştirak edilməsilə qavranılması nəticəsində bizim komandamız müştəriyə ilkin danışıqlar daxil olmaqla işlərin icrasına qədər olan bu prosesin hər bir mərhələsində  yardım edir. Təcrübə bizim komandamızın əsas silahı olub, müştəriyə əvvəlki qüsurlardan öyrənməyə və daha yaxşı həllər tapmağa kömək edə bilər.

Tikinti layihələrinin və tikinti müqavilələrinin hazırlanması zamanı nəzərə alınmalı olan müddəalar tərəflərin hüquq və vəzifələrinin müəyyən olunduğu əsas qanunvericilik aktı olan Mülki Məcəllədə olmaqla yanaşı, tikinti hüququ sahəsinə aid olan digər qanun - Şəhərsalma və Tikinti Məcəlləsi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalarla da tənzimlənir.

Şəhərsalma və Tikinti Məcəlləsində müqavilə danışıqları və müqavilələrin tərtib edilməsi zamanı nəzərə alınması zəruri olan layihəçi, podratçı, sifarişçi və texniki məsləhətçilər üçün ümumi və xüsusi öhdəliklər müəyyən edilmişdir. Məsələn, tikinti icazəsinin verilməsini tələb edən tikinti layihəsinin layihələndirilməsi lisenziya tələb edən bir fəaliyyətdir. Kommersiya məqsədli tikinti layihələri və inşaatların əksəriyyəti (şəxsi məqsədlər üçün kiçik evlər istisna olmaqla) belə icazə tələb edir. Layihəçi (dizayner), qanunla, layihə sənədlərini yerli standartlara uyğun olaraq hazırlamalı və tikinti müddətində dövlət orqanlarının göstərişi ilə layihələndirmə sənədlərinə baxıb yeniləməlidir. Bundan əlavə, layihəçi tikinti üzərində layihəyə uyğunluğu (müəllif nəzarəti) təmin etməli və tikintinin dizayn sənədlərinə və dövlət orqanlarının tələblərinə uyğun aparılmasına nəzarət etməlidir. Layihəçi tərəfindən qaydaların pozulduğunu və ya davam edən tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə uyğun gəlmədiyi aşkar edildikdə, bu çatışmazlıqlar barədə sifarişçiyə və podratçıya məlumat verməli və lazımi addımların atılmasını tələb etməlidir. Əgər nə sifarişçi, nə də podratçı bu cür çatışmazlıqları aradan qaldırmaq üçün ağlabatan addımlar atmırsa, layihəçi bu cür problemlər barədə müvafiq tənzimləmə orqanlarına vaxtında məlumat verməlidir.

Tikintiyə İcazələr

Hazirki dövr də daxil olmaqla uzun bir müddət ərzində bir tikinti layihəsi üçün tikinti icazəsinin alınması Azərbaycanda bir layihə sahibi və ya inşaat hüquqşünası qarşısında duran ən çətin vəzifələrdən biri olmuşdur. Eyni qaydada istismara icazənin alınmasına və tikinti layihəsi tam başa çatdıqdan sonra görülməli olan işlərə də aid edilir.

Tikinti icazələrinə gəldikdə, tikinti layihələrinin növləri aşağıdakı kimidir.

1. Tikinti icazəsinin alınmasından azad olan layihələr: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.

2. Məlumatlandırma icraatının aparıldığı layihələr: Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi. Bu hallarda, tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət  emarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunu və 3 ay öncədən məlumatlandırmanın aparılması kifayət edir.

3. Tinkintisinə icazə tələb olunan tikinti layihələri:  Qeyd olunan layihələrdən başqa digər tikinti layihələrin inşasına başlamamışdan öncə tikintiyə icazənin alınması tələb olunur. Bu proses adətən müxtəlif dövlət orqanları ilə razılaşmaları ehtiva edir və tikintiyə icazənin alınmasına qədər ən azı 18 addımdan (mərhələ) ibarətdir.

Tikinti icazələrnin alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi cinayət məsuliyyəti və ağır inzibati tənbeh tədbirləri də daxil olmaqla ciddi məsuliyyət tədbirlərinin görülməsinə səbəb ola bilər. Bu baxımdan, işə başlamazdən əvvəl sifarişçilər, podratçılar və sub-podratçılar işin koordinasiyası, zamanlama və maliyyə planlaması baxımından məcburi olan tikinti tənzimləmələrini nəzərə almalıdırlar.

Azərbaycanda FIDIC müqavilələri təcrübəsi

Beynəlxalq tikinti müqavilə formaları, xüsusi ilə FIDIC (FİDİK) müqavilə formaları Azərbaycanda nisbətən yeni bir sahədir. Baxmayaraq ki, hər hansı bir hüquqi vasitələrlə təsdiq olunmayıbdır, bu formalar dövlət tərəfindən maliyyələşdirilən iri həcmli ictimai əhəmiyyətli layihələrin və ya xarici ünsürlü, beynəlxalq sifarişçilərin, mühəndislik və ya tikinti idarə edilməsi üzrə xidmətlər göstərən şirkətlərin iştirakçı olduğu layihələrdə tətbiq olunur.

FIDIC müqavilələrini tətbiq edərkən xüsusi ehtiyatlı olmağın səbəbləri yalnız yerli maraqlı tərəflərin təcrübələrinin olmaması deyil, həm də şərh sualları və tətbiq olunan və ya bəzən ziddiyyətli yerli qaydalara dair dəqiq təlimatın olmamasıdır.

Mülki Məcəllə müqavilənin dəyişdirilməsi və ləğvi ilə əlaqədar tərəflərin təminatlarını və hüquqlarını müəyyən edir. Qeyd edilməlidir ki, bunlar tikinti müqavilələrində göstərilən şərtlərə və hallara əlavə olaraq tətbiq olunur. Məsələn, müqavilə bağlandıqdan sonra vəziyyət əhəmiyyətli dərəcədə dəyişibsə, tərəflərdən hər hansı birinə dəyişmiş şəraitə uyğun olaraq müqavilədə dəyişiklik etmək və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqaviləyə tamamilə xitam verilə bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi o hallar hesab edilir ki, tərəflər müqavilə bağlamamışdan qabaq bu halları görə bilsə idilər, müqavilə bağlamaz və ya başqa şərtlər barədə razılığa gələrdilər. Praktikada bu müddəalar belə hüquqlardan imtina etməklə "zərərsizləşdirilir" və müəyyən şərtlərdə tərəflər üçün belə imkanlar açıq şəkildə istisna edilir.

Qanuni müddəaların başqa bir maraqlı nümunəsi, tikilinin sifarişçinin öhdəliklərinə mütanasib olaraq podratçı tərəfindən ona ipoteka hüququnun yaranması ola bilər.

FIDIC əsaslı tikinti layihəsinə, tikinti müqaviləsinin tərtibinə və tikinti layihəsinin tam yerinə yetirilməsinə qədər, ilkin satınalma və tender şərtləri mərhələsində, təcrübəli mütəxəssislər cəlb edilməlidir.

Tikinti (inşaat) hüququ sahəsində xidmətlərimizə daxildir:

- layihələndirmə və tikinti üzrə tam hüquqi xidmətin göstərilməsi; 

- şirkətlərin tikinti müqavilələri üzrə danışıqlarında təmsil edilməsi; 

- tikinti müqavilələrinin tərtib edilməsi;

- beynəlxalq tikinti müqavilə formaları, əsasən FIDIC və digərlərindən istifadə edilməsi;

- işlərin tam olaraq təşkili və yekunlaşması üçün dövlət icazələrinin alınmasında köməklik göstərilməsi;

- Sağlamlıq, Əmək, Təhlükəsizlik, Ətraf Mühit (SƏTƏM) tənzimləmələri;

- geoloji axtarış, layihələndirmə və tikinti lisenziyalarının alınması;

- tənzimləyici orqanlardan icazələrin alınması,  dövlət qurumları ilə əlaqələrin qurulması (danışıqların aparılması);

- dövlət tikinti satınalmalarında hüquqi dəstək.