Biznes məsləhətləri və müqavilələr

Azərbaycanın post-neft siyasəti ölkə iqtisadiyyatında biznes mühitinin liberallaşdırılmasına və beynəlxalq ticarətin açıqlığına yönəlmiş yeni çağırışlar və təşəbbüslər  erası açmışdır. Bugün sahibkarlıq mühiti əsasən xarici investisiyalara cəlbediciliyi və biznesin həyata keçirilməsi üçün saysız əlverişliliyi ilə xarakterizə olunur. İnkişaf edən şaxəli beynəlxalq biznes mühiti daha tələbkar danışıqlar və müqavilə bacarıqları tələb edir.

Biz nə təklif edirik

CLC-in hüquqşünasları müştəriləri beynəlxalq biznes müqavilələrinin bütün sahələrində və malların və xidmətlərin satışı və distribütorluğu sahəsində (təyyarə və kənd təsərüffatı texnikaları daxil olmaqla böyük məbləğli mallar), ticarət fəaliyyətində, lisenziyalaşdırma işləri, korporativ vergilər, xarici investisiya məsələləri və digər müxtəlif kommersiya danışıqlarında təmsil edirlər. Bu proseslərin sürətləndirilməsi üçün müxtəlif ssenarilərə uyğun olaraq, biz müştərilərimizi daşınmaz əmlak brokerləri, HR menecerlər, xarici viza işləri üzrə peşəkarlar və digər vasitələrlə xidmət edirik.

CLC tərəfindən göstərilən xidmətlərə həmçinin daxildir:

- niyyət məktublarının, məxfilik və məlumatların qorunması haqda razılaşmaların, birgə müəssisə və konsorsium razılaşmalarının, malların beynəlxalq alqı-satqısının, beynəlxalq xidmətlərin, BOT razılaşmaların, partnyorluq, distribütorluq, vasitəçilik və satış nümayəndəliyi razılaşmalarının, texnologiyanın ötürülməsi və lisenziya razılaşmaları üzrə məsləhətlərin verilməsi və bu cür sənədlər üzrə təmsilçilik və layihələrin hazırlanması

- xarici ölkələrdə biznesin alınması üzrə alıcıların təmsil edilməsi

- beynəlxalq alqı-satqı müqavilələrində alıcı və satıcıların təmsil edilməsi

- akkreditivlər və ticarətin maliyyələşdirilməsi üzrə alətlər və sənədləşmə

- ixrac və idxal nəzarəti

- siyasi və kommersiya riskinin idarə edilməsi

- əcnəbilərə iş icazəsinin alınması

- podrat və alqı-satqı razılaşmaları kimi, müqavilələrin əsas şərtlər toplusunun hazırlanması

- məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi

- vəkalətnamalərin təsdiqi və tərcüməsi

- tənzimetmə səlahiyyətinə malik orqanlarla qarşılıqlı münasibətlər

- digər çətin biznes ehtiyaclarına və hallarına biznes-hüquq həlləri

- biznes hüququna və vergitutmaya aid tələbə münasib olaraq hüquq xidmətləri

 

Biz biznesi istər yerli , istərsə də beynəlxalq səviyyədə satınalmalarda təmsil edir və onun maraqlarının satınalma prosesində tam qorunmasını təmin edirik. Biz həmçinin şirkət daxilində satınalmaların təşkili məqsədilə dəstək göstəririk.

 

Hüquqi audit: Biz hüquq və şirkətdaxili qaydaların pozulması hallarını, o cümlədən şirkətdaxili saxtakarlıq, mənimsəmə və dələduzluq hallarını  aşkar edirik. Hüquq auditlərinə şirkətin qurumlarının və əməkdaşların şirkətdaxili qaydalara əməl etməsi, bu qaydaların qanunvericiliyə uyğun olub-olmaması və maraqlar toqquşmasından azad olmasının yoxlanılması daxildir.