Biz yerli və beynəlxalq müştərilərə daha strateji, daha xəfif və uzlaşdırılmış əməkdaşlıq üçün biznesə uyğunlaşdırılmış xidmət və məsləhət verməyi təklif edirik. Əgər bütün risklərdən sığortalanmış, maliyyə cəhətdən balanslaşdırılmış və praktiki olaraq faydalı hüquqi həll yolları axtarırsınızsa, doğru ünvandasınız.

Prinsiplərimiz

Biznes üçün hüquq: hüquq məsələlərə real həyat biznesin/biznes sahiblərinin perspektivindən və marağından baxılması istiqamətində biznes yönəmli düşüncə, bilik və təcrübə;

Uyğunluq üçün hüquq: Yerli qanunvericiliklə tam uzlaşma;

Risklər üçün hüquq: Biznes risklərinin, mümkün zərərin, itkinin, məsuliyyətin və digər əmlaka, insanlara, planlara və əmaliyyatlara dair risklərin azaldılması;

Keyfiyyət üçün hüquq: Hüquq işinin beynəlxalq standartlarının gözlənilməsi, həm yerli hüquq məsələlərinə, həm də transsərhəd hüquqi məsələlərə (birgə layihələr, xarici investisiya, beynəlxalaq müqavilələr, idxal/ixrac və s.) beynəlxalq və müsir yanaşma;

Həllər üçün hüquq: Çətin hüquq/biznes situasiyalarının idarəolunması və  mütərəqqi işlək həllərin təklifi;

Vergi/Maliyyə üçün hüquq: Hüquq işinə təsir göstərən maliyyə və vergi tərəflərinin və təsirlərinin təhlili və nəzərə alınması;

Praktika üçün hüquq: Biz  real biznes şəraitlərini, dövlət təsisatlarının hüquqi yanaşmasını əsas götürməklə, işimizin praktiki təsirlərini nəzərə alaraq hərəkət edirik;

Fayda üçün hüquq: hazırki iqtisadi islahatlar, yeni bizneslər, investisiya, vergi imkanları və təşəbbüsləri  barədə ən müasir biliklər;