Cavid Yusifov Caspian Legal Centerdə İdarəedici Partnyordur. O, Bakı Dövlət Universiteti məzunudur və Azərbaycanda bir neçə nazirlikdə və yerli hüquq şirkətlərində çalışmışdır. C. Yusifov korporativ, əmək, miqrasiya sahələrinə dair işlərdə dərin təcrübəyə malikdir. Sabiq bir diplomat olaraq o, Caspian Legal Centerin xarici əlaqələri üçün də məsul şəxsdir.

Fərid Nəbili Caspian Legal Centerdə Partnyordur. O bakalavr təhsilini Bakı Dövlət Universiteti, magistr təhsilini isə Mərkəzi Avropa Universitetində almışdır. F. Nəbilinin kommersiya və biznes hüququ üzrə 10 ildən çox təcrübəsi vardır. O, yerli şirkətlər qrupunda hüquq üzrə məsləhətçi və hüquq direktoru, Azərbaycan Mərkəzi Bankında hüquq məsləhətçisi, Vergilər Nazirliyində vergi üzrə hüquqi islahatlar bölməsinin rəhbəri, həmçinin yerli hüquq şirkətlərindən birində baş hüquqşünas vəzifələrində, çalışmışdır. F. Nəbili beynəlxalq əməliyyatlar, şirkət hüququ, daşınmaz əmlak, tikinti, maliyyə və vergi hüququ üzrə ixtisaslaşmışdır.

Orxan Beydiyev Caspian Legal Centerdə Hüquq menecerdir. O, Bakı Dövlət universitetində bakalavr, Londonda Queen Mary Universitetində magistr, həmçinin Azərbaycan Universitetində MBA dərəcəsi almışdır. O. Beydiyev korporativ hüquq sahəsində 8 illik təcrübəyə malikdir. O İqtisadiyyat Nazirliyində bölmə rəhbəri kimi, həmçinin yerli hüquq şirkətində çalışmışdır. O. Beydiyev korporativ hüquq, əmək hüququ, maliyyə və ümumi hüquq sahələrində ixtisaslaşmışdır.

Kamal Hüseynli Caspian Legal Centerdə Xüsusi məsləhətçidir. O, Bakı Dövlət Universitetində bakalavr, Bakı Dövlət Universiteti və Glasgow universiteti olmaqla iki magistr dərəcəsi əldə etmişdir. K. Hüseynlinin kommersiya və biznes hüququ sahələrində 8 illik təcrübəsi vardır. O İqtisadiyyat Nazirliyində və Mərkəzi Bankda baş hüquqi məsləhətçi, yerli bir hüquq şirkətində hüquqşünas kimi çalışmışdır. K. Hüseynli şirkət hüququ, maliyyə və vergi hüququ, dəniz, əmək və ailə hüququ üzrə dərin təcrübəyə malikdir.

Ülvi Əhmədov Caspian Legal Center-də xarici maliyyə məsləhətçisidir. O investisiya sahəsində mütəxəssisdir və Kəmiyyət Analizi, Sabit Gəlir və Risklərin İdarə Edilməsi üzrə ixtisaslaşmışdır. O, Bakı Dövlət  Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi əldə etmiş, Azərbaycan Dövlət İqtisad Universitetini isə MBA üzrə bitirmişdir. Ü. Əhmədovun İT, neft və qaz, istehsal, bank işi və investisiya daxil olmaqla müxtəlif sənayelərdə 10 ildən çox iş təcrübəsi vardır. Ü.Əhmədov CFA proqramının hər üç mərhələsini ilk dəfədən keçərək CFA sertifikatını əldə etmişdir.

Pəri Qasımlı Bakı Dövlət Universitetindən uğurla məzun olduqdan sonra 2017-ci ildə CLC-yə qoşulmuşdur və hazırda Hüquqşünas vəzifəsində çalışır. O, dövlət tənzimləmələri və komplayans, həmçinin müqavilələr və məhkəmə mübahisələrində geniş marağı olan gənc və istedadlı hüquqşünasdır. Bu sahələrdə müxtəlif internatura proqramlarında iştirak etmiş və hazırda praktiki təcrübəsini CLC-də artırmaqdadır.